media-inshot_20250807_102733428

ABŞ-də orduya məxsus məxfi tank məlumatlarını Rusiyaya ötürməyə cəhd edən əsgər saxlanılıb.

Patrulaz.az xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin yaydığı məlumata görə, Texasda yerləşən hərbi hissədə xidmət edən 22 yaşlı Taylor Adam Lidi Abrams tankları ilə bağlı gizli məlumatları Rusiya kəşfiyyatına sızdırmağa çalışdığı üçün həbs edilib.

İstintaq orqanları əsgərin birbaşa Rusiya rəsmiləri ilə əlaqə yaratmağa çalışdığını bildirir.

Qeyd edək ki, Abrams tankları ABŞ ordusunun ən müasir və strateji hərbi texnikalarından sayılır. Onların texniki göstəricilərinə dair məlumatların xarici ölkələrə ötürülməsi dövlətə xəyanət kimi qiymətləndirilir və ağır cinayət maddələri ilə mühakimə olunur.


Bənzər xəbərlər