Sabah 39 dərəcə isti olacaq
Avsqustun 28-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Patrulaz.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-26, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.






