Sabah günorta saatlarında evdə qalın! - XƏBƏRDARLIQ
İyulun 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Patrulaz.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda isti diskomfort temperatur şəraiti gözlənilir. Bu da əksər əhali üçün əlverişsizdir.
Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.






