Sabah hava isti olacaq? - HAVA PROQNOZU
Avqustun 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Patrulaz.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 21-25° isti, gündüz 29-34° isti təşkil edəcək.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Havanın nisbi rütubəti gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacağı gözlənilir. Mülayim şərq küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.






