Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-37° isti olacaq.
Patrulaz.az xəbər verir ki, Milli Hidrometeorologiya xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 13-18° isti, gündüz 28-33° isti olacaq.






