media-inshot_20250912_085202327

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro dövlət çevrilişinə cəhd ittihamı ilə 27 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, Bolsonaro 2022-ci il prezident seçkilərində Luiz İnasio Lula da Silvaya məğlub olduqdan sonra hakimiyyəti qeyri-qanuni şəkildə əlində saxlamağa çalışmaqda təqsirli bilinib.

Hazırda ev dustaqlığında saxlanılan sabiq prezident beş ayrı ittiham üzrə məsuliyyətə cəlb olunub. Bunlara Lulanı devirmək məqsədilə sui-qəsd hazırlayan “cinayət təşkilatına” rəhbərlik etmək də daxildir. Bu səbəbdən o, ümumilikdə 40 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Məlumata əsasən, Bolsonaro hələ də ölkədə güclü siyasi dayaqlara malikdir. Onun tərəfdarları hökmün siyasi motivli olduğunu bildirərək küçələrə çıxıblar. Təxminən 40 min nəfərin iştirakı ilə keçirilən aksiyalarda hökmə etirazlar səsləndirilib.

media-img_20250912_083552_395

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro

media-2025-09-10t234837z_1097554661_rc257ga0d0vr_rtrmadp_3_brazil-bolsonaro-1757630365 media-gettyimages-2218819444 media-0379b8f7e3fbe6f5fd7cbb7fa7502506c40fa689 media-thumbs_b_c_71a991e0afa0809c9e1dc072ac7c8d25

Gülbəniz Səfərova


Bənzər xəbərlər