Sabunçuda polis əməliyyatı nəticəsində yeniyetmələr saxlanıldı
Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
Patrulaz.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumata verilib.
Belə ki, naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır