Sabunçuda qeyri-adi mənzərə: yolu su basdı, küçədə balıq tutdular - VİDEO
Paytaxtın Sabunçu rayonunda, avtovağzalın qarşısında yağan intensiv yağışlar nəticəsində yol tamamilə su ilə dolub. Yaranmış qeyri-adi vəziyyət isə ərazidə maraqlı mənzərəyə səbəb olub.
Patrul.az xəbət verir ki, su ilə örtülmüş yolda balıqların peyda olduğu müşahidə edilib. Hadisə yerindən keçən sakinlər dayanaraq balıq tutmağa başlayıblar.
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin böyük marağına səbəb olub. Bir tərəfdən yağışın yaratdığı çətinliklər davam etsə də, digər tərəfdən ortaya çıxan bu maraqlı mənzərə insanların diqqətini çəkib.






