Saçları hovuz borusunda ilişən yeniyetmə boğulmaq təhlükəsi ilə üzləşdi
Moskvada fəaliyyət göstərən əyləncə kompleksində 12 yaşlı qız hovuzda üzərkən boğulmaq təhlükəsi ilə qarşılaşıb.
Patrulaz.az “Lenta.ru”ya xəbər verir ki, hovuzda üzən qızın saçları sualtı boruya ilişib. Hadisə nəticəsində qız hovuzun dibindəki boruya ilişdiyindən özü sudan çıxa bilməyib və bir müddət suyun altında qalıb.
Çarəsiz qızın köməyinə anası və kompleksin işçiləri çatıb. Yeniyetmə sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Zyuzinski rayonlararası prokurorluğu hadisəni nəzarətə götürərək əyləncə kompleksində mühafizənin səviyyəsini və xidmətin keyfiyyətini yoxlaymağa başlayıb.
Gülbəniz Səfərova






