media-inshot_20251023_232247776

Çay, qəhvə və ya yemək ləkələri evdə xalçanın üzərinə düşdüyü zaman  panikaya səbəb olur. Amma evdəki sadə vasitələrlə çətin ləkələri asanlıqla çıxarmaq mümkündür. Vacib olan isə ləkəyə tez müdaxilə etməkdir. Çünki nə qədər erkən tədbir görülsə, ləkənin qalıcı olmasının qarşısını almaq bir o qədər asan olar.

Patrulaz.az evdəki sadə vasitələrlə çətin ləkələri asanlıqla təmizləməyin üsulllarını təqdim edir:

Yeni ləkələr üçün ilk addım

Təzə tökülmüş maye ləkələrində ən effektiv vasitə duzdur. Duz mayeni özünə çəkir və xalça liflərinə hopmasının qarşısını alır.

Tətbiq üsulu:

– Ləkənin üzərinə bolca duz səpin;

– Təxminən bir saat saxlayın;

– Sonra tozsoranla ləkəni təmizləyin.

Bu üsul ləkənin çox hissəsini çıxarmağa kömək edəcək və panikaya yer qalmayacaq.

Köhnə və ağır ləkələr üçün ütüləmə üsulu

Uzun müddət qalın ləkələr üçün bir az daha texniki üsul tətbiq etmək lazımdır. Bunun üçün:

– Bir neçə damcı qab sabununu ilıq su ilə qarışdırın;

– Qarışığı təmiz parça ilə ləkənin üzərinə qoyun;

– Aşağı buxar ayarında ütü ilə parça üzərindən keçin;

İstilik sayəsində ləkə parça üzərinə keçir və çıxarılması asanlaşır. Bu üsul xüsusilə köhnə və sərt ləkələr üçün effektlidir.

Saqqız ləkəsini buzla həll edin

Xalçanıza yapışan saqqız ən bezdirici ləkələrdən biridir. Amma sadə bir üsulla bunu da aradan qaldırmaq mümkündür:

– Saqqızın üzərinə bir neçə buz kubu qoyun və donmasını gözləyin;

– Donduqdan sonra saqqızı asanlıqla çıxarın;

– Qalıq ləkələr üçün ərazini ilaq su və sabunla təmizləyin.

Beləliklə, evdə bu sadə üsullarla həm yüngül, həm də çətin çıxan ləkələrinizi asanlıqla təmizləyə bilərsiniz.


Bənzər xəbərlər