media-inshot_20250805_193925143

ABŞ-nin Kaliforniya ştatında çimərlikdə üzən tələbə qeyri-adi görünüşə malik parlaq və bənövşəyi rəngdə ilbiz tapıb.

Patrulaz.az “Fox News”a istinadən xəbər verir ki, sahildə rast gəlinən bu nadir ilbiz öz rəngi və quruluşu ilə mütəxəssilərin də marağına səbəb olub.

Araşdırmalara görə, bu növ ilbizlər adi dəniz ilbizlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Onlar yalnız parlaq qabıqları ilə deyil, həm də suda qalmaq üçün istifadə etdikləri xüsusi “float” (üzmə vasitəsi) sayəsində seçilirlər.

Bu üzmə qabiliyyəti ilbizlərin ifraz etdiyi yapışqan selik və hava qabarcıqlarından formalaşan strukturlar hesabına mümkün olur.

Alimlər bildirirlər ki, bu cür nadir dəniz canlıları həm biomüxtəlifliyin qorunması baxımından, həm də okean ekosisteminə dair araşdırmalar üçün böyük əhəmiyyət daşıyır.

media-inshot_20250805_192934815

Gülbəniz Səfərova


Bənzər xəbərlər