media-f3ee73e8-7930-4c37-8738-5fbf201e37d4

Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində piyada səkisində parkinq zonasının qurulması ilə bağlı məlumat yayılıb.

Patrulaz.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Vətəndaşlar bildirib ki, sözügedən ərazidə artıq parkinqin qurulması işlərinə başlanılıb. Sosial şəbəkə istifadəçiləri bunun ərazidə səkinin darlaşmasına səbəb olacağını, həmçinin avtobus zolağı üçün yer qalmayacağını qeyd ediblər.

Məsələ ilə bağlı Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən ərazidə təşkil olunan cib ləğv olunur: “Səki tam şəkildə bərpa ediləcək. Aidiyyəti qurum tərəfindən artıq işlərə başlanılıb”.

media-9352ef7d-d6d6-45e8-8f8d-7c7940b5eb4a media-9494178a-8f07-4e39-a87e-7a3adf530b26


Bənzər xəbərlər