media-0607d657-6bd6-4d07-9620-fe4c4e2224fe

Səbail rayonu Arif İsmayılov küçəsində yerləşən yataqxananın acınacaqlı vəziyyəti sakinlərin gündəlik həyatını təhlükə altına alır.

Patrulaz.az-a daxil olan məlumata görə, Arif İsmayılov küçəsi 88/3 ünvanında yerləşən yataqxananın tavanı dağılmış, pilləkənlərdəki metlaxlar isə sökülmüş vəziyyətdədir. Bu səbəbdən bina sakinləri hər gün qorxu və narahatlıq içində yaşadıqlarını bildirirlər.

Sakinlərin sözlərinə görə, onlar dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, nəticə dəyişməyib.

Qeyd edək ki, bina uzun illər əvvəl yataqxana kimi istifadəyə verilsə də, indiyə qədər əsaslı təmir olunmayıb. Sakinlər aidiyyəti qurumlardan problemin qısa zamanda həllini gözləyirlər.

media-e08ec071-755f-4755-bdfe-29ea7d48ede0 media-cd73edea-495f-4477-a1e5-fecbd3ec47ce media-7ad16d24-34f1-497a-a3e5-485608169503 media-aba6a085-cc98-4d93-b84a-b7304ad0a8bb media-be67f6ec-06c3-4a1d-ae07-3cabfe01ed87


Bənzər xəbərlər