"Seçkilərdə iştirak edəcəyimə zəmanət vermirəm" - Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko 2030-cu il prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.
Patrul.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Lukaşenko 2030-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyinə dair dəqiq zəmanət vermədiyini bildirib.
“Sağlam olacağıma zəmanət verirəm, amma seçkilərdə iştirak edəcəyimə zəmanət vermirəm”, – deyə Belarus Prezidenti qeyd edib.
Dövlət başçısı hazırda səhhətinin yaxşı olduğunu vurğulayaraq, bunun gələcəkdə də davam edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Aleksandr Lukaşenko bundan əvvəl də Ukrayna ilə bağlı sərt açıqlamalarla gündəmə gəlmişdi. O, Rusiya ilə davam edən münaqişənin dərinləşəcəyi təqdirdə Ukraynanın xəritədən tamamilə silinə biləcəyi ehtimalını irəli sürmüşdü.






