"Seçkilərdə qalib gəlməsək, məni vəzifədən uzaqlaşdıracaqlar" - Tramp
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı çıxışı zamanı ölkədə keçiriləcək ara seçkilərə də münasibət bildirib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp qeyd edib ki, Respublikaçılar Partiyası bu seçkilərdə mütləq qalib gəlməlidir. Onun sözlərinə görə, əks halda siyasi rəqibləri onu vəzifədən uzaqlaşdırmaq üçün əsas əldə edəcəklər:
“Biz ara seçkilərdə qalib gəlməliyik. Əgər qalib gəlməsək, məni vəzifədən uzaqlaşdırmaq üçün bir səbəb tapacaqlar. Bu halda mən postumu itirəcəyəm”.
ABŞ lideri çıxışı zamanı sabiq Prezident Co Baydeni də tənqid edib. Tramp bildirib ki, Baydenin prezidentlik dövründə vəzifədən uzaqlaşdırılması üçün kifayət qədər əsas mövcud olub:
“Co Baydeni ən azı 100 fərqli səbəbə görə vəzifədən uzaqlaşdırmalı idik”.
Tramp eyni zamanda yenidən prezidentliyə namizədliyi ilə bağlı müzakirələrə də toxunub. O, bu məsələdə qeyri-müəyyənlik olduğunu deyib:
“Deyəsən, namizəd ola bilmərəm. Əmin deyiləm. Görəsən, namizəd olmağıma mane olan bir məqam varmı?”, – deyə o, əlavə edib.
Gülbəniz Səfərova






