media-inshot_20250706_141345598

Şəmkir rayonunda Türkiyənin Azərbaycandakı səfirliyinə məxsus avtomobilin iştirakı ilə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Patrulaz.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “VAZ 2106” markalı avtomobil ilə Türkiyə səfirliyinin balansında olan “Nissan” markalı diplomatik avtomobil toqquşub.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Ə. İsmayılov hadisə yerindəcə ölüb, digər sürücü – 2001-ci il təvəllüdlü Q. İsayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, faktla bağlı araşdırmalara başlanılıb. Qəzanın səbəbləri və digər detallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

media-686a1c040ec62686a1c040ec631751784452686a1c040ec60686a1c040ec61 media-686a49ace9015686a49ace90161751796140686a49ace9013686a49ace9014


Bənzər xəbərlər