media-inshot_20250711_160752030

Moskvanın mərkəzində bir-birinin ardınca görünən onlarla ağ ayı kostyumu geyinmiş adamlar paytaxt sakinlərini heyrətləndirib.

Patrulaz.az “Xarici KİV”ə istinadla xəbər verir ki, şəhərin müxtəlif yerlərində təxminən 50 ağ ayı kostyumunda animatorlar peyda olub.

Görüntülərdə onlarla ayının bir arada söhbət etdiyi, ətrafdakıların da onlarla şəkil çəkdirdiyi əks olunub.

İnsanlar maraqlı hadisənin səbəbini öyrənməyə çalışıblar. Lakin sonradan məlum olub ki, məşhur bloqer Denis Kukoyaka 38 yaşlı həyat yoldaşının doğum günü münasibətilə 38 ağ ayı sifariş verib.

Qeyd edək ki, Moskvada yay aylarında bu cür fərqli tədbirlər yeni trendə çevrilmək üzrədir. Şəhərdə animatorlara və yaradıcı PR kampaniyalarına tələbat artıb.

Həmin maraqlı görüntüləri təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər