Səhərlər baş ağrısı ilə oyanırsınızsa, səbəb yuxu deyil!
Bir çox insan səhərlər oyanar-oyanmaz baş ağrısından şikayətlənir və bunu yuxusuzluqla əlaqələndirir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu ağrılar çox vaxt sadə yorğunluq deyil, daha ciddi sağlamlıq problemlərinin siqnalı ola bilər.
Patrulaz.az-ın məlumatına görə, səhər baş ağrılarının əsas səbəblərindən biri yuxu zamanı beyinə kifayət qədər oksigenin çatmamasıdır. Bu, xüsusilə yuxu apnesi, xroniki stress, yüksək qan təzyiqi və ya ağciyər problemləri olan insanlarda tez-tez müşahidə olunur.
Həmçinin, səhər baş ağrıları diş sıxmaq (bruksizm), yanlış yastıq və ya yatış mövqeyi, susuz qalmaq, spirt və ya siqaret istifadəsi, eləcə də qanda şəkər səviyyəsinin düşməsi ilə də əlaqəli ola bilər.
Əgər bu ağrılar hər səhər təkrarlanırsa, ağrıkəsici içmək əvəzinə həkimə müraciət edin. Xüsusilə ağrı ilə yanaşı bulanma, görmə pozğunluğu, əzələ zəifliyi və başgicəllənmə kimi əlamətlər varsa, bu, beyin damarlarında təzyiq artımı və ya müxtəlif nevroloji xəstəliklərin xəbərçisi ola bilər.
Bunun üçün nə etməli?
Gecə yuxusuna çıxmazdan əvvəl bol su qəbul edin;
Yatmazdan öncə telefon və kompüterdən uzaq durun;
Yastığınızın bərkliyinə və boyun vəziyyətinizə diqqət edin;
Qəhvə və spirtli içkiləri axşam saatlarında məhdudlaşdırın;
Davamlı ağrılar varsa, mütləq nevroloq və ya terapevtlə məsləhətləşin.






