media-inshot_20250814_162342899

Tanzaniyada ağrıları səbəbindən həkimə müraciət edən 44 yaşlı kişinin yoxlanması zamanı inanılmaz fakt üzə çıxıb.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, xəstə sağ döşünün altından irin axması şikayəti ilə xəstəxanaya müraciət edib. İlkin müayinə zamanı onda ciddi problem aşkarlanmasa da, rentgen müayinəsinin nəticəsi həkimləri təəccübləndirib.

Müayinədən sonra kişinin səhətindəki problemin səbəbi 8 ildir ki, sinəsində  bıçaqın ilişib qalması olduğu məlum olub.

Bundan sonra xəstə illər əvvəl dava zamanı kürəyindən, ürəyindən və qarnından xəsarət aldığını və həmin vaxtdan bəri heç bir müalicə almadığını etiraf edib.

Həkimlərin sözlərinə görə, bıçaq orqanlara toxunmadan sinə nahiyəsinə daxil olub.

Qeyd edək ki, kişi əməliyyat olunaraq bıçaq həmin bölgədən çıxarılıb və o sağlam şəkildə həyatına davam edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər