Şəhid övladı Saday Tağıyev Respublika Robot Olimpiyadasında 1-ci yerin qalibi oldu!
VII Respublika Robot Olimpiyadasında Robot Junior kateqoriyası üzrə Respublika çempionu olan Saday Tağıyev bizi qürurlandırdı!
Patrulaz.az xəbər verir ki, Saday şəhid övladı olaraq atasının ruhunu şərəflə yaşadır, bilik və bacarığı ilə parlaq gələcəyə doğru inamla addımlayır. Onun bu uğuru təkcə şəxsi nailiyyəti deyil, eyni zamanda, Azərbaycan gənclərinin elm və texnologiya sahəsindəki parlaq potensialının sübutudur.
Həmçinin bu gün onun ad günüdür. Patrulaz.az ailəsi və Azərbaycan xalqı adından ona xoş arzularla səslənirik, Saday, doğum günün mübarək! Yeni yaşın sənə daha böyük uğurlar, sağlamlıq və xoşbəxtlik gətirsin!