media-inshot_20250818_122729359

Şəhidlər xiyabanında üç əcnəbinin nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntü barəsində araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Patrulaz.az-a bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Bənzər xəbərlər