Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər saxlanıldı
Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.
Patrulaz.az xəbər verir ki, yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin xiyabanda qəbuledilməz hərəkətlər etdikləri əks olunub.
İctimaiyyətin haqlı narazılığına səbəb olan həmin əcnəbilər artıq polis əməkdaşları tərəfindən saxlanılıb.






