Şəkidə yük maşını aşdı: ÖLƏN VAR
Şəkidə yük avtomobilinin aşması faciə ilə nəticələnib.
Patrulaz.az “Lent.az”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yük boşaltma zamanı baş verib.
İdarəetmədən çıxan yük maşını aşıb və nəticədə avtomobilin kabinəsində olan sərnişin – 57 yaşlı Rizvan Cəlilov hadisə yerində həyatını itirib. Hadisə zamanı daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.