Səməndər Niftəliyev "Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif edildi
Patrul.az media şirkətinin rəhbəri Səməndər Niftəliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.
Təltif Azərbaycan milli mətbuatının inkişafında göstərdiyi fəaliyyətə, ictimai əhəmiyyətli mövzuların işıqlandırılmasına və media sahəsində peşəkar xidmətlərinə verilən yüksək qiymət kimi dəyərləndirilir.
Səməndər Niftəliyev göstərilən yüksək diqqət və etimada görə Media İnkişaf Agentliyinə və xüsusilə Agentliyin İcraçı direktoru Əhməd İsmayılova təşəkkür edib.






