media-inshot_20250904_121123116

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Patrulaz.az “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev sürdüyü VAZ-2106 markalı avtomobillə kənd ərazisində idarəetməni itirərək körpüdən aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər