media-i

Şəmkir rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

Patrulaz.az “APA”ya istinadla xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.

Kənd sakini 29 yaşlı İ.Nərimanlı yaşadığı evdə elektrik naqillərində təmir işləri apararkən güclü cərəyan vurması nəticəsində yerindəcə vəfat edib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər