Şəmkirdə məzarlığı otlaq yerinə çeviriblər - VİDEO
Şəmkir rayonunun Seyfəli kəndindəki qəbiristanlıq nəzarətsizlik səbəbindən iribuynuzlu və xırdabuynuzlu heyvanların otlaq sahəsinə çevrilib.
Patrulaz.az-a daxil olan məlumata görə, qəbristanlıq hər tərəfdən hasarla əhatələnmiş olsa da, giriş qapısında nəzarətçi yoxdur. Məhz bu səbəbdən bəzi sakinlər heyvanlarını rahat şəkildə həmin əraziyə buraxırlar.
Qeyd edək ki, məzarlığa nəzarətin olmamasına səbəb kimi Seyfəli Bələdiyyəsinin mühafizəçiyə maaş verməməsi göstərilir. Məlumata görə, maaş ala bilməyən nəzarətçi iş yerini tərk edib.
Sakinlərin bir çoxu heyvanların otlaq sahəsinə çevrilmiş qəbristanlığın vəziyyətindən narazıdır və aidiyyəti qurumlardan bu məsələ ilə bağlı tədbir görülməsini xahiş edirlər.






