Sənəd yoxlamaq istəyən müfəttiş sürücünün hərəkətdə olan maşınından asılı qaldı - VİDEO
Rusiyada sürücü sənəd yoxlamaq istəyən müfəttişi maşınından asılı vəziyyətdə qoyaraq, yoluna davam edib.
Patrulaz.az xəbər verir ki, hadisə anının görüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, müfəttiş hərəkətdə olan avtomobilin qapısından yapışaraq bir neçə metr sürüklənib.
Kadrlarda müfəttişin maşının hərəkətinə baxmayaraq, qapını buraxmadığı, lakin sürücünün sürət kəsmədən yoluna davam etdiyi əks olunub.
Hadisə ilə bağlı araşdırma aparılır. Sürücünün kimliyi və hansı səbəbdən dayanmadan hərəkət etdiyi barədə məlumat verilməyib.
Həmin görüntünü təqdim edirik:
Gülbəniz Səfərova






