Səni sən olmaqdan çıxaran ƏN MANİPULATİV 6 BÜRC
İnsanlar arasında davamlı olaraq özünə diqqəti yönləndirməyə çalışan bürcə sahib olanlar var. Onlar o qədər emosional güclülüyə malik olurlar ki, qarşı tərəfə manipulativ təsir edərək, hətta həyatındakı insanaların qərarlarına belə təsir etməyi bacarırlar. Manipulyasiya, yəni qarşı tərəfin davranış və düşüncələrini gizli şəkildə yönləndirmək bacarığıdır və bəzi bürclərdə daha güclü şəkildə təzahür edir. Bu onların ağıllı, strateji və bəzən də emosional oyunlara meylli olduqlarını göstərir.
Bəs hansı bürclər manipulyasiya ustası sayılır?
Patrulaz.az-ın məlumatına görə, ən manipulativ 5 bürcə əqrəb, xərçəng, qız, oğlaq, əkizlər və dolça aiddir:
Əqrəb bürcü

Əqrəblər manipulyasiyanın ustasıdır. Onlar sükutla analiz edər, qarşısındakının zəif nöqtəsini müəyyənləşdirər və duyğusal təsir gücü ilə insanı istədiyi istiqamətə yönləndirə bilərlər. Əqrəblər o qədər güclü manipulyasiyaya malikdirlər ki, çox vaxt qarşı tərəf fərqinə belə varmadan bu proses baş verir. Onların manipulyasiyası insanın birbaşa özünə təsir edir. Yəni, səni sən olmağdan çıxarar.
Xərçəng bürcü

Emosional manipulyasiyanın ustası və duyğusal zəkası yüksək olan bürcdür. Xərçənglər “mən sənin üçün bunu etmişdim” tipli cümlələrlə günah hissi yaratmağa çalışırlar. Onların əsas silahı duyğular və nostaljidir. Bu bürcə sahib insanlar qarşındakının nə hiss keçirdiyini anında başa düşərlər. Onlar manipulyasiyanı daha çox qarşı tərəfə öz dəyərini hiss etdirmək üçün edirlər.
Qız bürcü

Qız bürcü manipulyasiyanı məntiq və detallarla qurur. Onlar qarşısındakı şəxsi səhvləri ilə “güzgüdə üz-üzə” qoyaraq, onu qərar verməyə məcbur edərlər. Manipulyasiyanı sanki yaxşılıq kimi təqdim edərlər. Qızlar adətən haqlılıqlarını sübuta yetirmək üçün qarşı tərəfi manipulyasiya etməyə çalışırlar. Onlarla nəyinsə düzgünlüyü barəsində mübahisə etmək mənasızdır, çünki, nəticədə qarşı tərəf ona təslim olacaqdır.
Oğlaq bürcü

Oğlaqlar hər şeyi əvvəlcədən planlayan bürclərdəndir. Onlar nəticəyə fokuslanır və lazım olduqda soyuqqanlı şəkildə insanları istədikləri yola yönləndirə bilirlər. Onların manipulyasiyası çox vaxt ağıl oyunları ilə baş verir. Əgər onlar nəyisə istəməyə çalışarsa, manipulyasiya yolu ilə qarşı tərəfin də onu istəməsinə təsir edər. Oğlaq bürcünə sahib insanlar emosional manipulyasiyaya deyil, daha çox strateji, yəni qarşı tərəfin qərarlarını öz mənafeyinə uyğun dəyişdirməyi bacararlar.
Əkizlər bürcü

Əkizlər danışıq, çevik zəkası və inci kimi düzülmüş sözləri ilə insanı çaşdırmağı yaxşı bacarar. Onların manipulyasiyası bəzən söz oyunları, bəzən də məlumatı gizlətməklə olur. Əkizlər manipulyasiya etdiyini qəbul etməz, amma yenə də güclü manipulativ bacarığa sahibdirlər. Əkizlər bürcünə sahib insanlar çox danışsalar da, istədikləri mesajı yavaş-yavaş insana ötürərlər. Onların manipulyasiyası hiss olunmadan insanın beynindəki düşüncələri bürüyər.
Dolça bürcü

Dolça bürcünün manipulyasiyası o qədər güclüdür ki, qarşı tərəf, hətta bunu illərlə hiss edə bilməzlər. Onlar daha çox bildikləri, təcrübələri ilə insanları malipulyasiya etməyi bacarırlar. Bu bürclə münasibətdə olanlar birdə görər ki, artıq zehnində ancaq onun yeri var. Onlar duyğularla deyil, kəsərli sözləri, üstün zəkaları ilə insanları təsir altına almağı bacararlar. Buna görə də, onun faktla dediyi sözlərə qarşı çıxmaq belə həmin adamda bilgizlik hissi yaradır. Nəticədə o səhvdə olsa, sonda onun dediyinə haq verirsən.
Manipulyasiya etmə meyli yalnız bürclə bağlı deyil, insanın şəxsiyyəti, tərbiyəsi və həyat təcrübəsi ilə də sıx bağlıdır. Amma bəzi bürclər, xüsusilə də emosional və strateji zəkanı birləşdirə bilənlər, bu sahədə bir addım öndədir.






