media-resize-4

Elə insanlar var ki, sevdiyi şəxsin yalnız özünəməxus olmasını arzulayır. Ətrafında kim olur-olsun, istər dost, istər tanış,  fərq etməz, hər kəsdən qısqanar. Onlar adi bir salamı, zarafatı belə problemə çevirə biliər. Bu davranış isə münasibətdə qarşı tərəfi çox yorur.

Patrulaz.az astrologiyada ən çox qısqanclıqla seçilən 3 bürcü təqdim edir:

Əqrəb bürcü

media-inshot_20250702_220932635

Əqrəb bürcü dərin hisslərlə sevməyi bacaran bürcdür. O, sevdiyini heç kimlə paylaşmaq istəməz. Əqrəb bürcü partnyorunun diqqətini başqa birinə yönəlmiş görsə, həmin günü hətta ona zəhər belə edər. Əqrəb bürcünün xüsusən də kişiləri daha qısqanc olurlar. Onların qısqanclığı nəinki sözlə, bəzən davranışla da hiss olunur. Gizli izləmə, şübhə və manipulyasiya bu bürc xas özəlliklərdir. Əqrəb bürcünə sahib insanlar daim sevdikləri tərəfindən qayğı görülməyi, dərin duyğularla sevilməyi xoşlayır. Münasibətdə qarşı tərəfdən soyuqluq görən əqrəb dərhal bunun altında başqa şeylər axtarar və beynində ssenarilər qurmağa başlayar. Qurduğu ssenarilər isə onun özünü də çox vaxt yorar.

Şir bürcü 

media-inshot_20250702_221119731

Liderliyi sevən bu bürc yalnız hərşeyin özünüməxsus olmasını istəyir. Onlar üçün sadiqlik çox önəmlidir. Əgər əks cins ona xəyanət edərsə, bir göz qırpımında onu həyatından silib atar. Şirlər qınqanc olsalar da, bunu dillərinə gətirməzlər. Çünki qürür onlar üçün hərşeydən üstündür. Ancaq yenə də qısqanclıq əlamətlərini davranışlarında hiss etdirərlər. Şir bürcünə sahib insanlar başqalarına tez güvənər və bağlanarlar. Lakin çox vaxtda hissələrinə məğlub olaraq, sevgi münasibətlərində ağır zərbələr alırlar. Buna səbəb isə qarşısındakı insanı da özü kimi təsəvvür etməsidir. Bir sözlə, şirlər çox qısqanarlar, ancaq bəlli etməirlər.

Buğa bürcü 

media-2020-12-22_231605

Buğa qarşısındakına güvənməyi sevir. Amma sevdiyi insanda qeyri-müəyyənlik hiss edərsə, dərhal qısqanmağa başlayır. Onlar münasibətdə “aidiyyət” hissini önə çəkirlər. Buğalar üçün sevgi sahiblikdir. Və o sahəyə başqa biri daxil olarsa, münasibət sarsıla bilər. Buğanın sakit görünən təbiətinin altında güclü bir qısqanclıq yatır. Buğa bürcünə sahib olan insanlar “mənimdirsə, yalnız mənim olmalıdır” düşüncəsi ilə yaşayırlar. Buğa üçün sevdiyi insanın kimlə danışdığı, hara getdiyi, kimə gülümsədiyi vacibdir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər