media-inshot_20260129_161643972

Müğənni Aysun İsmayılova atası ilə bağlı açıqlama verib.

Patrul.az xəbər verir ki, müğənni qonaq olduğu “Günə Uğurla” verilişində atasından danışaraq artıq ona ehtiyacı olmadığını bildirib:

“Allah can sağlığı versin. Bu günə qədər necə olmamısınızsa, mən hər yıxılanda əlimdən tutub qaldırmamısınızsa, mən necə bu günə qədər tək gəlmişəmsə, bundan sonra da tək olmaq istəyirəm. Necə olmamısınızsa, bundan sonra da olmayın. Mənim sizə ehtiyacım yoxdur. Çünki mən özüm kişi qeyrətli bir qızam. Nə isə… Onun haqqında danışmaq istəmirəm. Ona çox olar”.

Xatırladaq ki, bir neçə gün əvvəl Aysun İsmayılova efirdə atasının illərdir onu axtarmadığını deyərək göz yaşları tökmüşdü.


Bənzər xəbərlər