media-inshot_20250812_081553285

Moskvanın Tula vilayətində qatar yük maşınına çırpılıb.

Patrulaz.az “SHOT” teleqram kanalına əasən xəbər verir ki, hadisə bu gün saat 17:06-da Mordves stansiyası yaxınlığındakı dəmir yolu keçidində baş verib.

Moskva–İmeretinski kurort marşrutu üzrə hərəkət edən sərnişin qatarının qarşısına yük maşını çıxıb. Maşinist təcili əyləc tətbiq etsə də, qatar tam dayana bilməyib və yük maşını ilə toqquşub.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Moskva Dəmir Yolunun mətbuat xidmətindən bildirilib ki, toqquşmadan sonra hərəkət heyətinin relsdən çıxması qeydə alınmayıb. Qatar hərəkətini davam etdirib.

Qeyd edək ki, yük maşınının relsdə dayanmasının səbəbləri araşdırılır.


Bənzər xəbərlər