media-inshot_20250820_161228697

Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək üçün xüsusi yerlərin yaradılması davam etdirilir.

Patrulaz.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, növbəti belə yerlər Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində (“Caspian Plaza”nın qarşısı), eləcə də 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində (2 saylı “ASAN Xidmət” mərkəzinin yaxınlığı) təşkil edilib.

Hər iki ünvanda müvafiq lövhələr yerləşdirilib.

media-a1hvkp9y4ovaxu7rr5brl75a9mypavhcjjftkm2g_640 media-xdbvhq6bdpx5vwejl8tkbjtkg9smsvihzdcrygrh_640


Bənzər xəbərlər