media-inshot_20250707_214227968

Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində yerləşən ərzaq mağazasında yanğın baş verib.

Patrulaz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında, dərhal Şərur şəhər Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.

Hadisə nəticəsində ümumi sahəsi 1980 kvadratmetr olan obyektin 2 kvadratmetr sahəsi, bir ədəd kombi aparatı və pəncərəsi yanaraq zərər görüb.

Faktla bağlı araşdırma aparılır.

media-125726_686bfc2d3a3ba media-125726_686bfc2d3a413


Bənzər xəbərlər