Sərvəti 600 milyard dollara çatan ilk insan oldu
İlon Mask dünyada sərvəti 600 milyard dolları çatan ilk insan olub.
Patrul.az xəbər verir ki, Forbes jurnalının məlumatına əsasən, amerikalı milyarder İlon Maskın xalis sərvəti hazırda 670 milyard dollara çatıb. Bununla da o, tarixdə sərvəti 600 milyard dollar həddini keçən ilk insan kimi qeydə alınıb.
Məlumata görə, Maskın ümumi gəlirinin əsas hissəsi onun sahibi olduğu “SpaceX” şirkətinin payına düşür. Bildirilir ki, bu şirkətdən əldə olunan gəlirlərin yaxın dövrdə Maskın sərvətini 677 milyard dollara yüksəldəcəyi gözlənilir.
Bununla yanaşı, milyarderin sərvətinin artımında elektrik avtomobil istehsalçısı “Tesla” şirkətində sahib olduğu təxminən 12 faizlik pay da mühüm rol oynayıb.
Qeyd edək ki, indiyədək dünyada heç bir şəxsin sərvəti 500 milyard dolları aşmayıb. Bu baxımdan, İlon Mask oktyabr ayında da sərvəti 500 milyard dolları keçən ilk insan kimi də tarixə düşüb.
Gülbəniz Səfərova






