Sərvəti ilə bir həftəyə iki rekord qırdı
Dünyanın ən varlı adamlarından biri olan amerikalı iş adamı İlon Mask sərvəti ilə bir həftə ərzində iki rekord qırıb.
Patrul.az xəbər verir ki, Mask əvvəlcə şəxsi sərvətinin 600 milyard dolları keçməsi ilə birinci rekorda imza atıb, hazırda isə 700 milyard dollarlıq sərvətə sahib olan yeganə iş adamı kimi ikinci rekordu qırıb.
Məlumata görə, “Tesla” şirkətinin baş direktoru cəmi dörd gün ərzində sərvətini 100 milyard dollar artırıb.
Maskın şəxsi sərvətinin son illərdə nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur. 2020-ci ilin mart ayında onun sərvəti 24,6 milyard dollar təşkil edib və o, təxminən altı il ərzində sərvətini iyirmi dəfədən çox artırmağı bacarıb. İndi isə o, dünyanın ilk dollar trilyoneri olmaq yolundadır.
Qeyd edək ki, Maskın sərvəti dünyanın ən varlı insanları siyahısındakı ən yaxın rəqibi, “Google”un həmtəsisçisi Larri Peycin sərvətindən 500 milyard dollar çoxdur.






