media-inshot_20250806_133408029

Braziliyada keçirilən marafon yarışında qeyri-adi hadisə baş verib. 

Patrulaz.az yayılan görüntülərə əsasən xəbər verir ki, 32 yaşlı İsak Almeyda adlı şəxs ad gününü qeyd etdikdən sonra sərxoş halda bara yollanıb. Səhəri gün isə təsadüfən qarşısına çıxan 8 kilometrlik marafona qoşulub.

Əvvəlcə zarafatla başladığı qaçışda uzun müddət liderliyini qoruyan İsak marafonu ön sıralarda qalib kimi başa vurub.

Daha sonra onun içkili olduğu məlum olub. Amma münsiflər onun enerjili çıxışından o qədər təsirləniblər ki, gənci iştiraka görə xüsusi medalla təltif ediblər.

Qalib sərxoş açıqlamasında gələcəkdə sağlam həyat tərzi sürəcəyini və peşəkar şəkildə qaçışla məşğul olacağını bildirib.

Qeyd edək ki, İsak yerli sosial şəbəkələrdə ulduza çevrilib.

Yarışdan maraqlı görüntüləri təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər