Sərxoş halda yerə uzandı, avtomobil üzərindən keçdi
Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az xəbər verir ki, bu barədə “Oxu.Az”a hadisə şahidləri məlumat veriblər.
Onların sözlərinə görə, VAZ-2106 markalı taksi sürücüsü piyadanı vurduqdan sonra hadisə yerindən uzaqlaşıb. Şahidlər qeyd ediblər ki, piyada hadisə yerində dünyasını dəyişib.
Hələlik onun şəxsiyyəti müəyyən olunmayıb. İlkin ehtimallara əsasən, dünyasını dəyişən şəxs Türkan Aqropark bağlarında mühafizəçi kimi fəaliyyət göstərib. Bildirilir ki, o, yolu keçmək istəyəndə sərxoş vəziyyətdə olub. Piyada yerə uzanıb və avtomobil sürücüsü onu görməyərək üzərindən keçib.
Faktla bağlı araşdırma aparılır.






