Sərxoş kişi siqaret çəkərkən skamyada alovlara büründü - VİDEO
Tatarıstanın Naberejnıe Çelnı şəhərində sərxoş kişi skamyada siqaret yandırdıqdan sonra alovlara bürünüb.
Patrulaz.az yayılan görüntülərə əsasən xəbər verir ki, hadisə ərazidə olan başqa bir yaşlı kişinin heç bir müdaxilə etmədən oradan getməsi ilə daha da qeyri-adi olub.
Görüntülərdə yoldan keçən başqa bir şəxsin sonradan avtomobilindən düşərək parça ilə kişinin yanan hissələrinə müdaxilə etdiyi və yanğını söndürdüyü əks olunub.
Hadisədən dərhal sonra təcili yardım çağırılıb. Zərərçəkmiş hazırda reanimasiyadadır və onun ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri olduğu bildirilir.
Yanğın anbaan kameraya düşüb və hadisə şəhər sakinləri arasında böyük narahatlıq yaradıb.
Gülbəniz Səfərova






