media-inshot_20250815_101058421

DİN sürücülərə yay mövsümü ilə bağlı xəbərdarlıq edib.

Patrulaz.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) yay tətili və həftəsonu istirahəti səbəbindən paytaxtdan bölgələrə gedənlərin sayının artdığını bildirərək sürücülərə təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.

Nazirliyin müraciətində qeyd olunur ki, yollarda ani diqqətsizlik çox zaman ağır qəzalarla nəticələnir. Bu səbəbdən sürücülərə səfər öncəsi avtomobilin texniki sazlığını yoxlamaq, sərxoş halda sükan arxasına keçməmək, təhlükəsizlik kəmərindən istifadə etmək, sürət həddini aşmamaq və hava şəraitinə uyğun hərəkət etmək tövsiyə olunub.

Bundan əlavə, ara məsafəsinə riayət etmək, ötmə qaydalarına əməl etmək, telefon istifadəsindən çəkinmək və mümkün olduqda günün erkən saatlarında yola çıxmaq məsləhət görülüb.

“Qəzalar təsadüfi deyil, sürücü səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində baş verir. Özünüzün və sevdiklərinizin sağ-salamat mənzil başına çatması üçün sükan sizin əlinizdədir”, – DİN-in müraciətində vurğulanıb.


Bənzər xəbərlər