Sevgi ilə bağlı ən çox yayılan yanlış inanclar
Sevgi əsrlər boyu ən çox danışılan, haqqında şeirlər, romanlar yazılan mövzulardan biridir. Amma bütün bu hekayələrin təsiri ilə insanların zehnində sevgi ilə bağlı bir çox yanlış inanclar formalaşıb. Bu inanclar isə münasibətləri çətinləşdirir və insanları real sevgidən uzaqlaşdırır.
Patrulaz.az sizə sevgi ilə bağlı 5 yanlış mifi təqdim edir:
1. “Həqiqi sevgi ömür boyu dəyişməz”
Əslində sevgi canlı bir hisdir və zamanla dəyişir. İlk günlərin həyəcanı ilə illərin verdiyi sakit bağlılıq eyni deyil, amma bu dəyişiklik sevgini daha dəyərli edir.
2. “Sevgi hər şeyi həll edir”
Bəzən filmlərdə göstərilən kimi düşünürük ki, sevgi varsa, bütün problemlər asanlıqla aradan qalxır. Halbuki münasibətin davamı üçün hörmət, anlayış və məsuliyyət də ən az sevgi qədər vacibdir.
3. “Sevgi qısqanclıqla ölçülür”
Çoxları qısqanclığı sevginin sübutu sayır. Əslində, həddindən artıq qısqanclıq sevgidən çox güvən çatışmazlığının göstəricisidir. Sağlam münasibətdə azadlıq və güvən yanaşı olmalıdır.
4. “Sevgi ilk görüşdə yaranır”
İlk baxışda yaranan hislər adətən cazibə və ya maraq olur. Həqiqi sevgi isə qarşılıqlı tanımaq, paylaşmaq və zamanla formalaşır.
5. “Sevgi əzab çəkməkdir”
Bir çoxları düşünür ki, əgər sevgi varsa, əziyyət də qaçılmazdır. Amma bu doğru deyil. Sevgi insanı gücləndirməli, həyatına mənəvi dəstək qatmalıdır. Əziyyət və davamlı ağrı sevgidən çox, yanlış münasibətin nəticəsidir.
Sevgi ilə bağlı yanlış inanclar bizi həm özümüzə, həm də qarşı tərəfə qarşı haqsız gözləntilərə salır. Həqiqi sevgi isə miflərdən uzaq, sadə və realdır, hansı ki anlayış, güvən, hörmət və paylaşım üzərində qurulur.
Ləman Sərraf






