media-inshot_20250722_091615615

Qazaxıstanda sevgilisi tərəfindən rədd edilən gənc oğlan intihar edib.

Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, hadisə yerli sakinlərin gözü qarşısında baş verib.

Məlumata görə, qız onun qəribə davranışlarına görə münasibətdən imtina edib. Bu xəbərdən sarsılan gənc spirtli içki qəbul edib, paltarlarını soyunaraq çoxmərtəbəli binanın damına çıxıb.

Əraziyə çağırılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilasedici səbəti ilə müdaxilə etməyə çalışıblar. Lakin gənc onların gözləri qarşısında özünü damdan atıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər