media-80b14084-b864-48bf-81c1-4d7efaf64a72

Keçən yay münasibətlərini ictimaiyyətlə paylaşan məşhur aktyorlar Hafsanur Sancaktutan və Kubilay Aka, sevgilərini evliliklə taclandırmaq qərarı alıblar.

Patrulaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən doqquz aydır birlikdə olan cütlük münasibətlərində əhəmiyyətli bir mərhələyə qədəm qoyub. Kubilay Aka, sevgilisi üçün xüsusi bir axşam təşkil edərək ona sürpriz evlilik təklifi edib. Romantik anların yaşandığı həmin gecədə Hafsanur Sancaktutan bu təklifə “bəli” cavabı verib.
Cütlüyə yaxın mənbələrin verdiyi məlumata görə, onlar bu xoş xəbəri hələlik yalnız ailələri və yaxın dostları ilə bölüşüblər. Pərəstişkarlarının maraqla izlədiyi cütlüyün yaxın vaxtlarda toy tarixi ilə bağlı məlumat verməsi gözlənilir. Məhəbbətlərini gözlərdən uzaq yaşamağı üstün tutan Sancaktutan və Aka, bu evlilik addımı ilə artıq şou-biznes gündəminin zirvəsində yer almağa başlayıblar.
Aktyor Kubilay Aka, bir neçə həftə əvvəl qonaq olduğu İbrahim Selimin proqramında verdiyi zarafatlı cavabla həm tamaşaçıları güldürmüş, həm də təəccübləndirmişdi. Veriliş boyu şəxsi həyatına dair suallara da cavab verən Aka, sevgilisi Hafsanur Sancaktutanla bağlı yönəldilən bir suala verdiyi cavabla sanki evlilik təklifinin siqnalını öncədən vermişdi. İbrahim Selimin, “Hafsanurun bir xüsusiyyətini dəyişmək istəsəydin, nəyi dəyişərdin?” sualına Aka gülərək “Soyadını” cavabını vermişdi. Bu zarafat studiyada alqış və gülüşlə qarşılanmış, ekran qarşısındakı izləyicilərə də xoş anlar yaşatmışdı.

Ləman Sərraf


Bənzər xəbərlər