media-inshot_20250819_171321558

Çay və ya kofe kimi içkiləri qaynar halda içmək bir çoxumuzun vərdişidir. Lakin elm sübut edir ki, bu adətin sağlamlıq üçün ciddi fəsadları var.

Patrulaz.az qaynar içki istehlak etməyin zərərləri barədə araşdırma edib.

İlk olaraq, qaynar içkilər boğaz və qida borusu selikli qişasını yandırır. Bu zədələnmə bir neçə dəqiqəlik narahatlıqla bitmir, təkrarlanan halda toxumalarda iltihaba, hətta hüceyrə mutasiyalarına yol aça bilir. Dünya Səhiyyə Təşkilatı da 65°C-dən yüksək temperaturda içkilərin istifadəsini potensial xərçəng riski ilə əlaqələndirir. Xüsusilə, qida borusu xərçəngi bu vərdişlə sıx bağlı hesab olunur.

Digər tərəfdən, çox isti içkilər diş minasını zəiflədir, damaqları həssaslaşdırır və hətta dad reseptorlarının fəaliyyətinə təsir edə bilər. Davamlı şəkildə bu cür içmək mədə qıcıqlanmasına və reflü şikayətlərinin artmasına da səbəb olur.

Ən yaxşısı, içkiləri bir qədər soyudub, bədən istiliyinə yaxın temperaturda içməkdir. Beləliklə, həm dadı daha yaxşı hiss olunur, həm də sağlamlığa zərər vermir.

Ləman Sərraf


Bənzər xəbərlər