media-inshot_20250728_151455368

Sibirin Krasnoyarsk vilayətində dəhşətli hadisə baş verib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, mübahisə zamanı naməlum şəxs hərbçiyə hücum edərək onu pivə butulkasından qırılmış “rozajka” (şüşə parçası) ilə ağır yaralayıb.

Məlumata görə, insident tərəflər arasında pivə butulkasının sındırılması səbəbindən başlayıb.

Əsəblərinə hakim ola bilməyən şəxs yerə düşən butulkanın kəsici parçasını götürərək hərbçiyə hücum edib. Nəticədə zərərçəkən çoxlu sayda bıçaq kəsiyi alıb və ciddi qan itirib.

Hazırda yaralının vəziyyəti kritik olaraq qiymətləndirilir. O, reanimasiya şöbəsinə yerləşdirilib və həkimlər vəziyyəti ilə bağlı nikbin proqnoz vermirlər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Həmin dəhşətli görüntüləri təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər