media-inshot_20260330_154112533

İstanbulun qərb hissəsində səhər saatlarında polislərin olduğu avtobus magistral yolun baryerinə çarpılıb.

Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis həlak olub, 16 nəfər yaralanıb. Yaralananlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzaya səbəb üç gündür davam edən aramsız yağışlardır. Şiddətli yağış səbəbindən şəhərin bütün yolları nəmlənib və sürüşkən olub.

Qeyd edək ki, əvvəlcə, fevralın 1-də Türkiyənin Antalya şəhərində baş vermiş avtobus qəzasında 8 nəfər həlak olmuş, 30 nəfər isə xəsarət almışdı.­


Bənzər xəbərlər