Şimal dənizində neft tankeri və yük gəmisi toqquşub
Şimal dənizində yük gəmisi ilə yanacaq daşıyan tankerin toqquşduğu bildirilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Royal National Lifeboat Institution (RLNI) tərəfindən verilən açıqlamada İngiltərənin şimalında Şərqi Yorkşir sahillərində toqquşan neft tankeri və yük gəmisində yanğının baş verdiyi açıqlanıb.
Açıqlamada qəza yerinə 4 xilasedici qayığın göndərildiyi və bir neçə nəfərin gəmiləri tərk etdiyi barədə məlumatların daxil olduğu bildirilib.
Qeyd olunub ki, yerli vaxtla saat 09.48-də qəza ilə bağlı ilk həyəcan siqnalı verildikdən sonra bölgəyə xilasedici qayıqlar, yanğınsöndürmə qrupları və bir xilasetmə helikopteri göndərilib.