media-inshot_20251218_215520775

ABŞ-nin Şimali Karolina ştatında təyyarə qəzası baş verib.

Patrul.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, “Cessna Citation” (Cessna C-550) tipli təyyarə yerli vaxtla saat 10:15–10:20 radələrində Statesville Regional Hava Limanının uçuş-enmə zolağı yaxınlığında enişə hazırlaşarkən qəzaya uğrayıb.

İlkin məlumatlara əsasən, qəza nəticəsində çoxsaylı ölənlərin ola biləcəyi ehtimal edilir.

Hadisə şahidləri təyyarənin yerə düşməzdən əvvəl çox alçaq hündürlükdə uçduğunu bildiriblər.

Hava limanındakı avtomatlaşdırılmış hava stansiyasının məlumatına görə, qəza baş verdikdən təxminən 80 dəqiqə sonra ərazidə alçaq buludluq, az yağış və üç mildən az görünürlük qeydə alınıb. Təyyarənin qəzaya uğradığı dəqiq anda bu hava şəraitinin eyni olub-olmadığı isə hələ məlum deyil.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, qəzanın yaratdığı dağıntılar səbəbindən hava limanı növbəti xəbərdarlığa qədər bağlanıb.


Bənzər xəbərlər