Şimali Kipr Türk Respublikasında şagirdlər dərsə hicabla gələ biləcəklər
Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşadakı “İrsen Küçük Orta Məktəbi”ndə təhsil alan bir qız şagirdin keçən həftə hicablı halda məktəbə buraxılmamasından sonra hadisə ölkənin Nazirlər Şurasının gündəminə gətirilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Nazirlər Şurası orta məktəblərdə tətbiq edilən qadağanın yumşaldılmasına dair qərar imzalayıb. Yeni tənzimləmə ilə arzu edən orta məktəb şagirdləri məktəbə baş örtüsü ilə gedə biləcəklər. Milli Təhsil Naziri Nazım Çavuşoğlu, qərarla bağlı açıqlamasında, lisey və universitetlərdə hicab probleminin olmadığını bildirib və sözügedən qərar sayəsində orta məktəblərdəki qadağanın da aradan qaldırıldığını qeyd edib.