Şimali Koreyadan ABŞ və Cənubi Koreyaya müharibə TƏHDİDİ
Şimali Koreya ABŞ və Cənubi Koreyanın bu gün başlayacağını açıqladığı birgə Azadlıq Qalxanı təliminə sərt reaksiya verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, ABŞ və Cənubi Koreyanın Pxenyanın xəbərdarlığına baxmayaraq, genişmiqyaslı ortaq hərbi təlimlər təşkil etməkdə israrlı olmasını pisləyib: “ABŞ və Cənubi Koreyanın ənənəvi olaraq həyata keçirdikləri bu döyüş təlimlərinin əsası işğalımızın geri qaytarılmasına dair israrlı və sarsılmaz ehtirası üzərində dayanır”- deyə, bildirilib.
Açıqlamada Azadlıq Qalxanı Təliminin qarşıdurma riskini də artırdığı vurğulanıb.
ABŞ-ın hakimiyyət dəyişikliyindən sonra da Şimali Koreyaya qarşı siyasətlərini davam etdirdiyi iddia edilən açıqlamada, ABŞ ilə Şimali Koreya arasında siyasi və hərbi gərginliyin artıq qırılma nöqtəsinə çatdığı deyilib.